Accessibility links

Çeçenistan prezidenti Qafqaz dağlarında həyata keçirilən əməliyyatlara rəhbərlik edib


Çeçenistanın Kremlin dəstəklədiyi prezidenti Ramzan Kadırov bu gün Qafqaz dağlarında 7 yaraqlının öldürülməsi ilə nəticələnənəməliyyatlara rəhbərlik edib. Çeçenistan prezidenti İnterfax Xəbər Agentliyinə verdiyi müsahibəsində deyib ki, təhlükəsizlik qüvvələrinin Çeçenistanın cənub-şərqində, yüksək dağlarda və qalın müşələrdə keçirdikləri əməliyyatlar nailiyyətlə başa çatıb. Rəsmilər əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin xəsarət almadıqlarını deyirlər. Müsəlmanların çoxluq təşkil etdiyi Rusiyanın Qafqaz bölgəsində son zamanlar yaraqlılara qarşı əməliyyatlar artıb.

XS
SM
MD
LG