Accessibility links

İrlandiyada təkrar referendumda seçicilər Avropa İttifaqının sazişinə dəstək verib


İrlandiyada təkrar referendumda seçicilərin əksəriyyəti Avropa İttifaqının Lissabon sazişinə dəstək verib.

Seçki rəsmilərinin verdiyi məlumata görə, seçicilərin 67 faizi sazişi dəstəkləyib.

İrlandiyanın Baş naziri Brayan Koven sazişə dəstəyi alqışlayıb. Brayan Koven bunun İrlandiya və Avropa üçün yaxşı əlamət olduğunu deyib.

Avropa İttifaqının rəsmiləri nəticələri alqışlayıb.

Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso deyib ki, o, sazişə dəstəyi Avropa İttifaqı və qurumun iqtisadi böhrana cavabına inam kimi qiymətləndirir.

Lissabon sazişi Avropa İttifaqının xarici siyasətini gücləndirmək və onun qərarverici funksiyasını artırmağı nəzərdə tutur.

XS
SM
MD
LG