Accessibility links

Məhəmməd Əl-Bəradeyi İran liderləri ilə görüşüb


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranın mövcudluğunu yenicə aşkar etdiyi nüvə obyektinin təftişinə oktyabr ayının 25-də başlanacağını bildirib. Məhəmməd Əl-Bəradeyi bu haqda açıqlamanı bu gün İran liderləri ilə Tehran görüşündən sonra verib.

BMT-nin nüvə agentliyinin rəhbəri İranı şəffaflıq nümayiş etdirməyə və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa çağırıb. Məhəmməd Əl-Bəradeyi İrana dünyanın qüdrətli ölkələrinin Qum şəhəri yaxınlığındakı nüvə onyektinin təftişinə yol verilməsi çağırışlarından sonra səfər edib. İran isə Əl-Bəradeyinin Tehran səfərinin cümə axşamı günü keçirilən Cenevrə danışıqları ilə heç bir əlaqəsi olmadığını bildirir.

Bugünkü görüş zamanı ABŞ, Rusiya və Fransanın İranın zənginləşdirilməsi üçün uranı xaricə göndərməsi ilə bağlı təklifə dair danışıqların planı da hazırlanıb. Görüş oktyabr ayının 19-da Vyanada təşkil ediləcək.

XS
SM
MD
LG