Accessibility links

Hindistanda daşqınlar səbəbi ilə ölənlərin sayı 200-ə yüksəlib


Hindistanın cənub bölgələrində daşqınlar səbəbi ilə ölənlərin sayı 200-ə yüksəlib. Rəsmilərin bildirdiyinə görə, Karnataka ştatında 167 nəfər həlak olub. Digərləri isə Andra Pradeş ştatının payına düşür. Həmin bölgələrdə hərbi və hava qüvvələri axtarış əməliyyatlarını davam etdirməklə yanaşı, insanları təcili yardım ləvazımatı ilə təmin edir.

Ölənlərin sayının artacağı barədə xəbərdarlıq verilib. Belə ki, daşqınlara məruz qalmış bölgələrin bəzisi əlçatmazdır.Təbii fəlakət minlərlə evi sıradan çıxarıb, kəndləri və əkin sahələrini su altında qoyub, nəqliyyat və kommunikasiya xətlərinin kəsilməsinə səbəb olub.


XS
SM
MD
LG