Accessibility links

ABŞ prezidenti səhiyyə islahatlarına dair qanun layihəsinin bu il təsdiq ediləcəyinə əmin olduğunu bildirib


ABŞ prezidenti Barak Obama deyib ki, o, səhiyyə islahatlarının bu il təsdiq ediləcəyinə əmindir. Bu gün Ağ Evdə danışan cənab Obama bildirib ki, islahatlar əleyhinə və lehinə bütün dəlillər artıq dinlənilib. O qeyd edib ki, Senatın islahlatlar üzrə qanun layihəsi üzərində işləyən Maliyyə komitəsi artıq işi keçən həftənin cümə günü bitirib.

Ağ Evdə tədbirə cənab Obama ilə ölkənin hər yerindən həkimlər qatılıblar. ABŞ prezidenti deyib ki, tibb işçiləri sistemdə harada islahlatlara daha çox ehtiyac olduğunu yaxşı bilir. Onun bildirdiyinə görə, islahatlar səylərinə ən çox dəstək verənlər Amerikanın həkimləri və tibb bacılarıdır.

Senatın Maliyyə Komitəsinin qanun layihəsini bu həftə təsdiq edəcəyi gözlənilir. Bundan sonra Senatın Səhiyyə, Təhsil, Əmək və Təqaüd komitələrində təsdiq edilmiş qanun layihəsi ilə birləşdiriləcək.

Səhiyyə komitəsində təsdiq edilmiş layihə səhiyyə sığortası üçün hökumətin alternative sığorta planını nəzərdə tutur.

Konqresin Nümayəndələr Palatasında səhiyyə islahatları ilə bağlı digər qanun layihələri də var.


XS
SM
MD
LG