Accessibility links

Tibetin ruhani lideri Dalay Lama Vaşinqtona səfər edəcək


Tibetin ruhani lideri Dalay Lamanın bu həftə Vaşinqtona səfər edəcəyi gözlənilir.Lakin onun ABŞ prezidenti Barak Obama ilə görüşməyəcəyi deyilir. Tibetin ruhani liderinin KapitolidəBirləşmiş Ştatlar qanunvericiləri və paytaxtdakı digər nüfuzlu şəxslərlə görüşməyi planlaşdırdığı bildirilir. Keçən ay Birləşmiş Ştatların Dalay Lamanın Hindistandakı evinə baş çəkən nümayəndə heyəti prezident Barak Obamanın noyabr ayında Pekinə edəcəyi rəsmi səfərə qədər ruhani liderlə görüşə bilməyəcəyini demişdi. Bu Dalay Lamanın 1991-ci ildən bəri Vaşinqtona ilk səfəridir ki, o, ABŞ prezidenti ilə görüşməyəcək.

XS
SM
MD
LG