Accessibility links

İran Cenevrə danışıqlarını müvəffəqiyyət kimi qiymətləndirib


İran Xarici İşlər Nazirliyi keçən həftə İran və dünyanın altı qüdrətli dövləti arasında danışıqları ölkə üçün müvəffəqiyyət kimi qiymətləndirib. Xarici İşlər nazirliyinin sözçüsü Həsən Qaşqavi müxbirlərə deyib ki, İran keçən həftə Cenevrədə danışıqlarda xarici təzyiqlərə müqavimət göstərib.

Cenevrə danışıqları ABŞ və İran rəsmiləri arasında yüksək səviyyədə görüşü əhatə edib. Tehran habelə danışıqlar zamanı BMT müfəttişlərinin Qum şəhəri yaxınlığında gizli inşa edilmiş uran zənginləşdirən zavoda getməsinə icazə verib.

Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradei dünən Tehranda İran rəsmiləri ilə görüşüb və təftişin oktyabrın 25-də keçiriləcəyini bildirib. ƏlBaradei həmçinin deyib ki, Beynəlxalq Atom Enerjisi agentliyi Tehranın silah proqramını inkişaf etdirdiyinə dair dəlilə malik deyil. Lakin bununla belə, o bildirib ki, agentlik İranın nüvə silahlarını öyrəndiyi ilə bağlı iddiları təhqiq edir.

Bu arada, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Rusiyanın İranın reaktoru üçün uranın zənginləşdirilməsində kömək etməsi haqda plan hələ yekunlaşdırılmayıb. Lavrovun sözlərinə görə, ekspertlər Birləşmiş Ştatlar, Rusiya, Fransa və Beynəlxalq Atom Enerjisi agentliyinin cəlb olunduğu razılığın detalları üzərində işləməlidir. U

ran zənginləşdiirlməsi haqda razılıq İranla qərb arasında nüvə məsləsi ətrafında qarşıdurmanın diplomatik yolla həlli ilə bağlı ümidləri artırmışdır.

Rusiya prezidenti Dmitri Medvedev deyib ki, Moskva Tehranın uran zənginləşdirilməsi proqramının qarşısını almaq üçün diplomatik səylər baş tutmasa, İrana qarşı daha ciddi BMT sanksiyalarına dəstək verəcək.






XS
SM
MD
LG