Accessibility links

Qazaxıstanın insan hüquqları üzrə göstəriciləri tənqid olunur


Beynəlxalq insan hüquqları qrupu Fransa prezidenti Nikolas Sarkozını Qazaxıstana qarşıdan gələn səfəri zamanı insan hüquqları sahəsində islahatları təşviq etməyə çağırıb. Human Rights Watch bildirir ki, cənab Sarkozıdan mesaj Qazaxıstan liderlərinə siqnal göndərərdi ki, onlar insan hüquqlarına ciddi yanaşmalıdırlar. Cənab Sarkozı Qazaxıstana çərşənbə axşamı gələcək. 2010-cu ildə ATƏT-ə sədrliyi ələ alması ərəfəsində Qazaxıstan hökumətinə insan hüquqları sahəsində göstəricilərini yaxşılaşdırmaq istiqamətində təzyiqlər göstərilir. Human Rights Watch bildirir ki, hökumət 2009-cu ildə müəyyən irəliləyişlər əldə etsə də islahatlar əsaslı dəyişikliyə yol açmayıb.
XS
SM
MD
LG