Accessibility links

İranda 3 qəzetin fəaliyyəti dayandırılıb


İranın dövlətin nəzarəti altında olan xəbər agentliklərinin bildirdiyinə görə, prezident Mahmud Əhmədinejadı tənqid edən üç qəzetin nəşri bu gün dayandırılıb. Xəbərlərdə "Barışıq Mədəniyyəti", "İdeallar" və "Günün Təhlili" qəzetlərinin hansı səbəblərdən bağlandıqları barədə məlumat verilmir. İran hökuməti bundan əvvəl də, iyun ayının 12-i prezident seçkilərindən sonra səhifələrində tənqidlərə yer verən media şirkətlərinin fəaliyyətinə qadağa qoymağa bağlamışdı. Sentyabr ayında prezidentliyə namizəd Mehdi Kərrubinin İran həbsxanalarında məhbusların zorlamalar və təzyiqlərə məruz qalması barədə məqalə dərc edən qəzetini müvəqqəti bağlanmışdı.

XS
SM
MD
LG