Accessibility links

Taliban Islamabaddakı Dünya Ərzaq Proqramı binasındakı partlayışın məsuliyyətini öz üzərinə götürüb


Pakistan rəsmiləri dünən BMT-nin İslamabaddakı Dünya Ərzaq Proqramı binasında həyata keçirilən intiharçı hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Taliban sözçüsü Əzim Tariq 5 BMT işçisinin ölümü, 5-nin yaralanması ilə nəticələnən partlayışın arxasında onun təşkilatının durduğunu deyib. O bildirib ki, Taliban onun ölkəsində fəaliyyət göstərən Dünya Ərzaq Proqramı kimi beynəlxalq təşkilatların Birləşmiş Ştatların maraqlarına xidmət etdiyinə inanır. Pakistanın Daxili İşlər Nazirliyi isə Talibanın bununla Svat Vadisində və Cənubi Vəziristanda yaraqlılara qarşı hərbi əməliyyatların intiqamını aldığını deyir. Daxili işlər naziri Rəhman Malik dünən bildirmişdi ki, təhlükəsizlik qüvvələrinin yuniformasını geymiş intiharçı Dünya Ərzaq Proqramı binasının lobbisində 8 kiloqrama qədər partlayıcı maddəni işə salıb.

XS
SM
MD
LG