Accessibility links

Sergey Lavrov prezident Obamanın raketlərdən müdafiə planının Rusiya üçün təhlükə yaratmadığını deyib


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyir ki, ABŞ prezidenti Barak Obamanın təklif etdiyi raketlərdən müdafiə planı Rusiyaya hədə törətmir və ABŞ-Rusiya dialoqu üçün şərait yaradır.

Ukraynanın Xarkov şəhərinə səfəri zamanı danışan Sergey Lavrov bildirib ki, ABŞ-ın keçmiş prezidenti Corc Buşun Polşada raket tutan qurğu və Çex Respublikasında radar yerləşdirmək planı Rusiyanın təhlükəsizliyini risk qarşısında qoyurdu. O deyib ki, Obama administrasiyasının raketlərdən müdafiə planı belə təhlükə yaratmır və əslində dialoq üçün yaxşı şərait yaradır.

Prezident Obama keçən ay Buş administrasiyasının raketlərdən müdafiə planına dəyişikliklər edərək, yeni kəşfiyyat məlumatları və texnologiyalara əsaslanan daha çevik bir sistemin yaradılmasını elan etmişdi.

XS
SM
MD
LG