Accessibility links

Türkiyə prezidenti Abdulla Gül bu gün Fransaya səfər edir


Bu gün Fransaya yola düşən Türkiyə prezidenti Abdulla Gülün prezident Nikola Sarkozi ilə Türkiyə-Ermənistan münasibətlərini müzakirə edəcəyi gözlənilir. Bəzi erməni icmaları Türkiyə ilə Ermənistan arasında nəzərdə tutulan protokolun imzalanmasına qarşıdır. Erməni tənqidçiləri Ermənistanın Türkiyədən bir çox tələbinin olduğunu deyirlər.

Dünən Livanda yaşayan 140 000 nəfərdən ibarət erməni icmasının minlərlə üzvünün etiraz nümayişləri Ermənistan prezidenti Serj Sarkisyanın Beyruta səfəri ilə bir günə təsadüf edib. Cənab Sarkisyanın Beyruta səfəri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı erməni diasporaları ilə görüşmək üçün planlaşdırılan bir sıra beynəlxalq səfəri çərçivəsindədir.

Birləşmiş Ştatlar prezidenti Barak Obama bazar ertəsi Los Ancelesdə olan Ermənistan prezidenti Sarkisyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında inkişaf əldə etdiyini deyib.

XS
SM
MD
LG