Accessibility links

Əfqanıstandakı Hindistan səfirliyi yaxınlığında bomba hücumu həyata keçirilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Kabildə yerləşən Hindistan səfirliyi yaxınılığında həyata keçirilən intiharçı hücumu azı 17 nəfərin ölümünə, 80 nəfərdən çoxunun yaralanmasına səbəb olub. Əfqanıstanın Daxili İşlər Nazirliyi maşına yerləşdirilmiş bomba partladılarkən ölənlər arasında bir polis işçisinin və 11 mülki vətəndaşın da olduğunu bildirib. Şahidlər partlayış zamanı binaların pəncərə şüşələrinin sındığını, dağıntılar səbəbindən havanın tüstüyə büründüyünü deyib. Hücumun məsuliyyətini Taliban öz üzərinə götürmüş və hədəfin Hindistan səfirliyi olduğunu demişdir.

Hindistanın xarici məslələr üzrə katibi Nirupama Rao deyib ki, sürücünün bomba yerləşdirilmiş maşını Hindistan səfirliyinin divarı yaxınlığına sürdükdən sonra partlatmişdır. Sözçü səfirliyi qoruyan 3 yarı-hərbi əsgərin yaralandığını bildirib.

XS
SM
MD
LG