Accessibility links

Şah Mahmud Qureyşi: Pakistan terrorimlə mübarizədə mühüm bir fazaya daxil olub


Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi Pakistanın şimal-qərb regionundakı terroristlərin geri çəkildiklərini deyib. Vaşinqtonda Xarici Əlaqələr Şurasında danışan nazir Pakistanın terrorimlə mübarizədə olduqca mühüm bir fazaya daxil olduğunu bildirib.

Qureşi Malakənd və Svat regionlarındakı terrorçuların ya ələ keçirildiyini, ya da öldürüldüyünü deyib. O, taliblərin liderləri Baytulla Mehsudun öldürülməsindən sonra qrupun dağıldığını bildirib. Pakistanın xarici işlər naziri qəbilələrin məskunlaşdığı həmin bölgələrdəki hərbi əməliyyatların terroristlərin fiziki, siyasi və ideoloji imkanlarının məhvi əməliyyatlarının bir hissəsi olduğunu deyib.

Nazir hərbi qüvvələrinin Əl-Qaidə lideri Üsamə Bin Ladenin sığınacaq tapdığına inanılan Cənubi Vəziristanda da əməliyyata keçməyə hazır olduğunu bəyan edib.

XS
SM
MD
LG