Accessibility links

Prezident Obama Nobel sülh mükafatının laureatı oldu


ABŞ prezidenti Barak Obama 2009-cu il Nobel sülh mükafatının laureatı olub.

Osloda Norveçin Nobel Komitəsi cənab Obamanı onun beynəlxalq diplomatiyanın və insanlar arasında əmkdaşlığın gücləndirilməsində fövqəladə səylərinə görə bu yüksək mükafat layiq görüldüyünü bildirmişdir.

Nobel Komitəsi habelə onun nüvə silahı olmayan dünya haqda baxışları və bu istiqamətdə fəaliyyətlərini də nəzərə aldığını bildirib.

Ağ Ev bəyan edib ki, bir ildən az müddətdir vəzifədə olan cənab Obama təcazökarlıq göstərərək, belə bir şərəfə nail ola biləcəyini gözləmədiyini deyib. Nobel Komitəsi bildirir ki, cənab Obamanın rəhbərliyi dövrü ən ağır beynəlxalq münaqişələrin həllində də dialoq və danışıqlar yoluna üstünlük verilir.

Komitə qeyd edir ki, yalnız cənab Obama kimi nadir insanlar dünyanın diqqətini özlərinə cəlb edərək insanlara daha yaxşı gələcək üçün ümid verə bilir. Nobel Komitəsi əlavə edib ki, cənab Obamanın təşəbbüsləri sayəsində ABŞ dünyanın qarşılaşdığı qlobal iqlimlə bağlı təhlükələrin qarşısını alınmasında daha konstruktiv rol oynayır. Komitə habelə demokratiya və insan hüquqlarının da gücləndiyini deyir.

XS
SM
MD
LG