Accessibility links

Obama administrasiyası Əfqanıstan strategiyasını nəzərdən keçirir


Prezident Barak Obama bu gün Ağ Evdə yüksək vəzifəli hərbi və siyasi müşavirləri ilə Əfqanıstan müharibəsi barədə məsləhətləşmə aparacaq. Cənab Obama və onun milli təhlükəsizlik komandasının Birləşmiş Ştatların Əfqanıstandakı komandiri ordu generalı Stanli Makkristalın tövsiyələrini müzakirə edəcəyi gözlənilir . General bildirib ki, əgər Birləşmiş Ştatlar Əfqanıstana əlavə hərbi qüvvə göndərməsə, Əfqanıstan müharibəsində məğlubiyyətə uğraya bilər. Birləşmiş Ştatlar mediasında nəşr edilən və təsdiq olmayan xəbərlərə əsasən, general Əfqanıstana əlavə olaraq azı 40 min əsgər göndərilməsini xahiş edib. Bəzi xəbərlərə görə cənab Obama Əfqanıstan və Pakistanda keçirilən hərbi əməliyyatlar haqda daha çox öyrənmək istəyir. Vitse prezident Co Baydenin himayə etdiyi güman edilən strategiya Əl-Qaidanın hədəflərinə pilotsuz təyyarələr vasitəsilə daha çox zəbərlər endirməyə və xüsusi hərbi qüvvələrdən istifadəyə səsləyir.
XS
SM
MD
LG