Accessibility links

Birləşmiş Ştatlarda prezident Obamaya Nobel sülh mükafatı verilməsinə qarışıq reaksiya göstərilib


ABŞ-da prezident Obamaya Nobel sülh mükafatı verilməsinə qarışıq reaksiyalar verilib.

Nobel slüh mükafatı laureatı olmuş ABŞ-ın keçmiş prezidenti Cimmi Karter qərarı alqışlayıb. O deyib ki, bu, prezidentin beynəlxalq münasibətlərdə sülhə sadiq qalmasına beynəlxalq dəstəyi əks etdirir.

Nobel slüh mükafatı laureatı, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor cənab Obamanın qələbəyə layiq olduğunu və bunun ölkə üçün fəxr olduğunu deyib.

Lakin Respublikaçılar partiyasının lideri Maykl Stil bu gün açıqladığı bəyanatda prezident belə yüksək ada layiq görülməsi üçün kifayət qədər iş görmədiyini bildirib.O bildirib ki, amerikalılar prezidentin nəyə nail olduğunu sual edirlər.

XS
SM
MD
LG