Accessibility links

Dmitri Medvedev qlobal maliyyə böhranının Rusiya iqtisadiyyatına böyük təsir göstərdiyini deyib


Rusiya prezidenti Dimitri Medvedev deyib ki, qlobal maliyyə böhranı Rusiya iqtisadiyyatına gözlənildiyindən daha artıq zərbə endirib. Lakin onun sözlərinə görə, hökumətin gördüyü tədbirlər ölkənin iqtisadi bərpasına yardım edir.

Dövlətə məxsus tele-kanala müsahibə verən cənab Medvedev deyib ki, Rusiyada ümumdaxili məhsulun həcmi bu il 7,5 faiz enib. O əlavə edib ki, Rusiya gələn böyük büdcə çatışmazlığı ilə qarşılaşacaq.

Bununla belə, Rusiya lideri müsbət işarələri qeyd edərək, inflasiya səviyyəsinin kəskin eməsini, lakin eyni zamanda rublun gücləndiyi və ümumilikdə iqtisadiyyatın sabitləşdiyini göstərib.

Rusiya prezidenti deyib ki, hökumətin gördüyü tədbirlər həmçinin işsizlik səviyyəsinin enməsinə gətirib çıxarıb.


XS
SM
MD
LG