Accessibility links

İranın hüquq mühafizə orqanları tərəfindən Mehdi Kərrubiyə qarşı məhkəmə işi qaldırılıb


İranın dövlət mediasının bildirdyinə görə, hüquq mühafizə orqanları prezident seçkilərində məğlub olan Mehdi Kərrubinin seçkilərin nəticələrinə etiraz aksiyaları zamanı həbs edilənlərin bəzilərinin həbsxanalarda zorlamalara və təhqirlərə məruz qaldıqları barədə ittihamlarına qarşı məhkəmə işi qaldırmışlar. Müxbirlər Tehran prokuroru Abbas Cəfəri Dolatabadiyə istinadən bu gün xəbər veriblər ki, təhqiqat komitəsi işlə bağlı əldə edilən məlumatı prokurorluğa təqdim edib. Cənab Dolatabadi eləcədə bildirmişdir ki, İran ruhanisi kimi Mehdi Kərrubi qadın və yeniyetmə oğlanlara qarşı zorlamalarla bağlı məktubunu dini ruhani lider Əkbər Haşemi Rəfsəncaniyə göndərdiyi üçün onun işinə xüsusi məhkəmədə baxılacaq. Cənab Kərrubinin bu ittihamlarını İrandakı sərt-xətt tərəfdarları və parlament spikeri qəzəblə qarşılayaraq, rədd etmişdilər.

Bu arada isə Britaniyanın İranın Bank Mellətlə ticarət əlaqələrini kəsmək barədə qərarından sonra bank şirkəti bunun onun maliyyə vəsaitlərinə təsir göstərməyəcəyini deyib.

XS
SM
MD
LG