Accessibility links

Çin və Rusiya bir neçə miyard dollarlıq ticarət müqavilələri imzalayıb


Rusiyanın baş naziri Vladimir Putinin iki ölkə arasında işgüzar, siyasi və hərbi əlaqələri gücləndirmək məqsədilə Pekinə səfəri zamanı Çin və Rusiya ticarətə dair milyardlarla dolar dəyərində müqavilələr imzalayıb.

Sənədlər Baş nazir Putinin Çinin Baş naziri Ven Jiabao ilə görüşü zamanı imzalanıb.

3.5 milyard dollarlıq müqavilələrə Çinin Kənd təəsərrüfatı və inkişaf banklarının Rusiyanın ən böyük kredit şirkətindən birinə və inkşaf bankına 500 milyon dollarlıq kreditlər daxildir.

Rusiyanın Qazprom şirkəti də Çinə ildə 70 milyard kubometr qaz satılması haqda razılıq imzalayıb.

Qazpromun Çinə qaz kəmərləri çəkişi ilə bağlı layihələrsə qazın qiyməti ətrafında fikir ayrılıqlarına görə təxirə salınıb.

XS
SM
MD
LG