Accessibility links

Azərbaycan Millət vəkilləri Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanla görüşüb


Azərbaycan parlamentinin 11 millət vəkili bu gün Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanla görüşüb.

Azərbaycan parlamentariləri Baş nazir Erdoğanla görüş zamanı Türkiyə və Ermənistan yaxınlaşmasının Dağlıq Qarabağ probleminin nizamlanması ilə paralel aparılmalı olduğunu deyiblər.

Nümayəndə heyətinin başçısı millət vəkili Səməd Seyidov Amerikanın səsinə deyib ki, millət vəkilləri görüş böyük məmnunluq hissi ilə tərk ediblər. "Bizə çox xoş oldu ki, hörmətli Baş nazir həmin bu görüşdə Azərbaycana gəldiyi zaman parlamentdə dediyi sözləri bir də nəinki təkrar etdi, onların üstündə möhkəm olaraq dayandı və həmin fəlsəfədən, həmin mövqedən gələcəkdə də çıxış etməsi haqda bizə məlumat verdi. Konkret olaraq erməni qüvvələri Azərbaycanın işğal altında olan torpaqlarından çəkilməsi məsələsi həll olana qədər sərhədlərin açılması mümkün olmayacaq sözlərini bu görüş zamanı eşitdik"-deyə Səməd Seyidov bildirib.

Səməd Seyidov deyir ki, görüş Azərbaycan millət vəkilləri öz möqelərini bildiriblər. Bu da ondan ibarətdir ki, Azərbaycan heç bir vaxt ölkələr arasında münasibətlərin düzəlməsinin əleyhinə olmayıb. "Biz sülhün, inkişafın, ölkələr arasında əlaqələrin tərəfdarııyıq, ancaq bu əlaqələrin beynəlxalq qanun çərçivəsində həyata keçirilməsi və bizim regionumuzda Dağlıq Qarabağ probleminin həlli ilə paralel getməsi çox vacibdir."-deyə o əlavə edib.

XS
SM
MD
LG