Accessibility links

ABŞ Dövlət katibi: Birləşmiş Ştatlar Gürcüstan hərbi qüvvələrinə dəstək və təlim verməyə davam edəcək


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar Gürcüstan hərbi qüvvələrinə dəstək və təlim verməyə davam edəcək.

Moksvada "Exo Moskvı" radiosuna müsahibə verən xanım Klinton deyib ki, ABŞ Gürcüstan qüvvələrinə Əfqanıstanda döyüşən NATO qüvvələrinə yardım göstərmək üçün təlim verir. Lakin o əlavə edib ki, Vaşinqton onun ifadəsilə, gürcü xalqına özünü qoruya bildiyini hiss etməsinə kömək edir.

Gürcüstanla Cənubi Osetiya regionunda nəzarəti ələ almaq üçün keçən il qısa müddətli müharibə aparmış Moksva ölkənin NATO-ya üzv olmaq səylərinə qarşı çıxır. Rusiya bu il keçirilən NATO-Gürcüstan təlimlərinə də etiraz bildirmişdir.


XS
SM
MD
LG