Accessibility links

Çin İranla əməkdaşlığı davam etdirəcəyini bildirir


Çinin Baş naziri Ven Jiabao deyib ki, İran daha ciddi sanksiyalar da daxil olmaqla, özünün nüvə proqramı təzyiqlərlə qarşılaşdırğı vaxt Çin İranla əməkdaşlığı davam etdirəcək.

Çinin rəsmi Sinxua agentliyinin bildirdiyinə görə, cənab Ven bu açıqlamaları Pekində İranın birinci vitse-prezidenti Məhəmməd Reza Rahiminin səfəri zamanı verib.

Sinxua cənab Venə istinadən bildirir ki, iki ölkə yüksək səviyyədə əlaqələri davam etdirəcək. İran və Çin arasında razılaşmalar qaz yataqlarının istismarını əhatə edir.

Baş nazir Ven onu da deyib ki, Çin İranın nüvə proqramı ətrafında məsələnin sülh yolu ilə həlli işində konstruktiv rol oynamağa davam edəcək.

İran Çinin ən böyük neft təchizatçısıdır və Tehran neft yataqlarının istismarında Pekinlə əməkdaşlıq istəyir.


XS
SM
MD
LG