Accessibility links

Peşəvər şəhərində iki kamikadze hücumu nəticəsində 11 adam həlak olub


Pakistan polisinin bildirdiyinə görə, Peşəvər şəhərindəki polis kəşfiyyat bürosu yaxınlığında iki kamikadze hücumu nəticəsində 11 adam həlak olub. Televiziya ilə dağılmış maşınları göstərən kadrlar nümayiş etdirilib. Yaxınlıqdakı məsçidə də ziyan dəyib.

Xilasetmə dəstələri və təhlükəsilzik qüvvələri səfərbər edilib. Polis biri qadın olmaqla intiharçıların partlayıcı maddələrlə dolu maşın və velosipedi polis idarəsinə doğru sürdüyünü deyib.Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Dünən Pakistanın Lahor şəhərində hüquq-mühafizə işçilərinə qarşı bir neçə hücum nəticəsində 39 adam həlak olmuşdu.

XS
SM
MD
LG