Accessibility links

Britaniya kəşfiyyatının rəhbəri agentliyin ABŞ-la əməkdaşlığını müdafiə edir


Britaniyanın MI5 kəşfiyyat agentliynin baş direktoru rəhbərlik etdiyi təşkilatın 2001-ci il, 11 sentyabr terror hücumlarından sonra terror şübhəliləri ilə pis rəftar etməkdə ittiham olunan ABŞ və digər ölkələrlə əməkdaşlığını müdafiə edib. Conatan Evers ilk dəfə olaraq xaricdə terror şübhəliləri ilə təhqiramiz rəftar barədə söz açıb. Evers deyib ki, standard və praktikaları MI5-ın əməliyyat kodundan fərqlənən təşkilatlarla əməkdaşlıq agentlik üçün “həqiqi dilemma” olub. Lakin baş direktor əlavə edib ki, ABŞ-la əməkdaşlıq çox sayda terror cəhdlərinin qarşısını almış və britaniyalıların həyatlarını xilas etmişdir.
XS
SM
MD
LG