Accessibility links

Təbrizli türkoloq Həsən Ümid oğlu pulla zaminə buraxıldı


İNSAFƏLİ HİDAYƏT

Təbrizli gənc türkoloq və lüqətşünas Həsən Ümid oğlu ( Həsən Əbdullahiyə Cəhani) dörd aya yaxın bir müddəd Təbrizin Mərkəzi Həbsxanmasında və İttilaat idarəsində sorğu sual ediləndən sonra iyirmi milyon Tümən qarşılığında zaminə buraxıldı.

Ümid oğlunun tutulması zamanı Təbrizdən onun doslarından aldığımız məlumatlara görə Həsən Ümid oğlu ondan əvvəl həbs olunmuş başqa bir Azərbaycanlı fəal Həbib Averiydənin işkəncə altında verdiyi ifadə əsasında nəzarət altına alınmışdı. Həbib Averiydə milli məsələlər barədə CD yaymaq və “Babəkin İtqin Əsgərləri” adında bloqu idarə etməkdə ittiham olunurdu. İran Azərbaycanındakı mənbələrin bildirdiklərinə görə o işkəncə altında CD-ni Ümüd oğluna dinlətdiyini, onun isə CD-ni bəyənmadiyini deyib. Onun bu ifadəsi İttilaatın Həsən Ümid oğlunu tutması ilə nəticələnib. O zamanda Ümid oğlunun kitabları, sənədləri və kompüteri də İran polisi tərəfindən müsadirə edilmişdi.

Ümid oğlu dörd aya yaxın dindirildikdən sonra bir neçə gün bundan əvvəl pulla zaminə yəni kəfalətlə şərti və müvəqqəti olaraq azadlığa buraxılıb. Onun müvəqqəti olaraq buraxılması üçün iyirmi milyon Tümən (təqribən iyirmi min ABŞ dollarına bərabər) pul ödənib. Amerikanın səsi Ümid oğlunun dostları ilə əlaqə saxlayıb və həbsdə onunla necə rəfdar edilməsini öyrənməyə çalışıb. Ümid oğlunun vəkilinin əvvəlcə dediyi kimi vəkili də onun fiziki işkəncəyə məruz qalmadığını söylədiyini deyiblər. Ancaq Ümid oğlunun dostları həbsdəki şəraitə və onunla ilə edilən rəfdarla bağlı yazıçının ruhi işkəncəyə məruz qaldığını söyləyiblər.


Amerikanın səsi dostları vasitəsi ilə Cümə günü Ümid oğlu ilə müsahibə üçün telefonda görüş təyin etsə də onunla telefon əlaqəsi saxlamaq mümkün olmadı.

XS
SM
MD
LG