Accessibility links

Vaslav Klaus: Avropa İttifaqının islahatlarla bağlı sazişinin qəbul edilməməsi çətin olacaq


Çex Respublikasının prezidenti Vaslav Klaus Avropa İttifaqının islahatlarla bağlı sazişinin qəbul edilməməsinin çətin olacağını deyib. Lidove Novini qəzetinə müsahibə verən prezident deyib ki, proses o dərəcədə irəliləyib ki, onu geriyə çevirmək mümkün deyil.

Çex hökuməti və parlamentinin Lissabon sazişini təsdiq etməsinə baxmayaraq, prezident Vaslav Klaus sazişi imzalamaqdan imtina edir. Sazişin qüvvəyə minməsi üçün sənəd Avropa İttifaqının bütün üzvləri tərəfindən ratifikasiya edilməlidir.

İrlandiya prezidenti Mary Makalis Avropa İttifaqının Lissabon sazişini dünən imzalayaraq, sənədə qanuni qüvvə verib.


XS
SM
MD
LG