Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı donuz qripi xəstəliyinə qarşı ölçülər götürülməsinə çağırıb


Ümumdünya Səhiyyə Təşkilatı H1N1 donuz qripi xəstəliyinə qarşı ölçülər götürülməsinə çağırıb. BMT-nin səhiyyə agentliyi virusun xüsusilə gənclər üçün həyati təhlükəyə malik olan pnevmaniyaya yol aça biləcəyi barədə xəbərdarlıq verib.

Xəbərdarlıq ABŞ-ın səhiyyə rəsmilərinin donuz qripinə qarşı vaksinlərin gecikdirildiyini elan etməsi vaxtına təsadüf edir.

Xəstəliklərə Nəzarət Mərkəzi oktyabr ayının sonunadək insanlara 40 deyil, 28-lə 30 milyon arasında vaksin dozasının vurulacağını deyib. Amerikanın 41 ştatında qriplə mübarizə səylərin həyata keçirilir.Dünyada indiyədək 4700 adamın xəstəlik səbəbi ilə dünyasını dəyişdiyi bildirilir.

XS
SM
MD
LG