Accessibility links

ABŞ-ın müdafiə naziri Yaponiyaya yola düşüb


ABŞ-ın müdafiə naziri Robert Geyts Yaponiyaya yola düşüb. Bir həftəlik səfəri çərçivəsində nazir Əfqanıstan müharibəsinə dəstək əldə edilməsi səylərini davam etdirəcək.

Tokioda Yaponiyanın yeni liderləri ilə görüşəcək müdafiə naziri Əfqanıstandakı beynəlxalq qüvvələrin təchizatı üçün istifadə edilən iki yapon yanacaq gəmisinin geri çəkilməsi məsələsini müzakirə edəcək.

Pentaqonun bildirdiyinə görə, Yaponiyanın yeni hökumətinin gəmilərin geri çəkilməsi fikrindən daşınacağına ümid edilir. Tokiodan sonra ABŞ-ın müdafiə naziri Robert Geyts Cənubi Koreyaya səfər edəcək.

XS
SM
MD
LG