Accessibility links

İran prezidenti terror hücumu ilə bağlı Pakistan liderinə müraciət edib


İran prezidenti Mahmud Əhmədinejad pakistanlı həmkarını bazar günü 36 adamın ölümünə bais olmuş terror hücumunun təşkilatçılarını tapmaq üçün yardım göstərməyə çağırıb. Pakistan prezidenti Asif Əli Zərdariyə zəng edən İran lideri iki ölkə arasında qardaş münasibətlərin mövcud olduğunu bəyan edib. O, əlavə edib ki, terrorist ünsürlərin Pakistandakı fəaliyyəti Zərdari hökumətinin orada gizlənən qiyamçıları yaxalaması üçün əsas olmalıdır. Bazar ertəsi səhər İranın inqilab keşikçiləri qvardiyasın rəhbəri Əli Cəfəri Pakistan, Britaniya və ABŞ-ı sünni qiyamçı qrupu dəstəkləməkdə ittiham edib. ABŞ Dövlət Departamentinin sözçüsü İan Kelli Vaşinqtonun bu hücumlarda əli olması haqda deyilənləri tamamilə saxta adlandırıb.
XS
SM
MD
LG