Accessibility links

Elle jurnalı Hollivudun məşhur qadınlarına illik mükafatları təqdim edib


Los Ancelesdə qadınlar üçün Elle jurnalının Hollivud aktrisalarına verdiyi illik mükafatların təqdimatı mərasimi olub.

16-cı Elle mükafatları aktrisalar Culi Andrüs, Keyti Holms, Rene Zilveger, Julian Mur və başqalarına verilib.

Teatr səhnəsi və kino ekranın əfsanəvi aktrisası olan Culi Andrüs qadınların Holliudda əldə etdiyi yüksək nailiyyələrdən danışıb. O deyib ki, onun Hollivuda gəldiyi vaxtlar qadınlar üçün o qədər maraqlı rollar olmurdu.

Mükafat alan gənc aktrisalar Culi Andrüslə bir yerdə bu şərəfə layiq olduqlarına görə böyük həyəcan keçirdiklərini deyiblər.

Gənc aktrisaların hamısı “Meri Poppins” və “Musuqi sədaları” filmlərindən sonra Culi Andrüsün pərəstişkarları olublar.

XS
SM
MD
LG