Accessibility links

İranın mübahisəli nüvə proqramına dair danışıqlar iki saat gecikdirilib


İran, Rusiya, Fransa, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın mübahisəli nüvə proqramına dair danışıqları iki saat gecikdirilib. Gecikməyə səbəb İran nümayəndəsinin Fransanın danışıqlarda iştirakına ehtiyac olmadığını deməsi səbəb olub. Beynəlxalq Atom Enerjisi Agentliyi isə gecikməyə heç bir izahat verməyib.

Reuters xəbər agentliyi Avropa diplomatlarına istinadən müzakirələrin yubadılmasana məsləhətləşmələri səbəb göstərib. İranın xarici işlər naziri Mənuçehr Mottəki Tehranda demişdi ki, Fransa İranın nüvə məsələrinə dair danışıqlarda iştirak etməməlidir. Nazir bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəçiliyi ilə Rusiya və ABŞ-la razılıq əldə edilməsi kifayət edər.

Vyana görüşündə müzakirə mövzusu İran uranının reaktor yanacağına çevrilməsi üçün Rusiya və Fransaya göndərilməsi məsələsidir. Plan İranın 3.5 faiz saflaşdırılmış uranının Rusiya və Fransa tərəfindən 20 faizə artırılmasını nəzərdə tutur.

XS
SM
MD
LG