Accessibility links

ABŞ müdafiə naziri Şimali Koreyanı təhlükə mənbəyi adlandırıb


ABŞ müdafiə naziri Robert Geyts deyir ki, Şimali Koreya hələ də region və dünya təhlükəsizliyinə hədə törədir. Geyts Yaponiyaya iki günlük səfərinin ardınca bu gün Seula gəlib. O, Cənubi Koreya rəsmilərini Şimaldan qaynaqlanan təhlükənin qarşısını almaq üçün müdafiə imkanlarını möhkəmləndirməyə çağırıb. ABŞ 1950-ci ildə Şimalın Cənubi Koreyaya müdaxiləsinin təkrarlanmasının qarşısını almaq üçün orada 28 minlik qüvvə saxlayır. ABŞ müdafiə nazirinin bəyanatı Amerika və Cənubi Koreya hərbçiləri qarşısında söylədiyi nitqdə səsləndirib. O, əlavə edib ki, Pxenyanın quru qüvvələri zəifləyib,lakin bu ölkənin raket proqramı artan təhlükə mənbəyidir.
XS
SM
MD
LG