Accessibility links

Xəzər hövzəsində təhlükəsizlik müzakirə edilir


Bakıda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə Xəzər dənizinin təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş konfrans işə başlayıb. Tədbirdə ilk dəfə olaraq “Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasına dair Saziş Layihəsi”nin əsas prinsipləri müzakirə olunur.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzərin hüquqi statusunun tam müəyyənləşdirilməsi ilə bağlı regional perspektivlərin müzakirəsi baxımından konfrans mühüm əhəmiyyət kəsb edir. “Xəzər hövzəsində təhlükəsizliyin təminatına dair Saziş Layihəsi Azərbaycan tərəfindən hazırlanıb. Sənəd dənizin su səthinin beynəlxalq hüquq normaları çərçivəsində bölünməsi layihənin əsas tərkib hissələrindən biridir” .

Nazir müavini hesab edir ki, region dövlətlərinin xarici siyasətdə ümumi razılığa gəlmələrinə imkan yaradan amillərdən biri də son illər Xəzər regionunda həyata keçirilən Qərbyönümlü beynəlxalq əməkdaşlıq layihələrinin çoxalmasıdır. O saziş layihəsi çərçivəsində qarşılıqlı əməkdaşlığın əsas prinsiplərinin artıq razılaşdırıldığını vurğulayıb. “Ümid edirəm ki, iclasın sonunda yekun layihə ilə bağlı razılıq əldə olunacaq”.

Xəzər dənizinin təhlükəsizlik məsələsi sonuncu dəfə 2007-ci ildə Tehran sammitində müzakirə olunub.

XS
SM
MD
LG