Accessibility links

TRT İsrailin zorakılıqlarının göstərildiyi kadrları tele-filmdən çıxarıb


Türkiyənin “Milliyyet” qəzetinin yazdığına görə, Türkiyə Televiziya və Radio yayım şirkəti TRT İsrailin fələstinlilərə qarşı zorakılıqlarının göstərildiyi səhnələri İsraillə diplomatik mübahisəyə səbəb olmuş televiziya proqramından çıxarıb.

“Milliyyet” TRT-yə istinadən bu səhnələrin filmin həftənin çərşənbə axşamı günü yayımlanan ikinci epizodundan çıxarıldığını bildirir.

TRT İsrail əsgərlərinin fələstinliləri atəşə tutduğunu göstərən səhnələri filmdən çıxarıb.

İsrail oktyabrın 13-də Fələstinə həsr edilmiş filmdə göstərilən epizoda görə Türkiyəyə etirazını bildirmişdir.

Televiziya filmində İsrail ordusunun uniformasaının geymiş əsgərlərin fələstinli uşaq və qızı atəşə tutduğu göstərilmişdi.

İsrail hökuməti proqramın yəhudi dövlətinə qarşı nifrət yaratdığını bildirib.

Türkiyə prodüseri bu ittihamı rədd edib.


XS
SM
MD
LG