Accessibility links

Respublikaçılar Prezident Obamanın səhiyyə planını tənqid edir


ABŞ senatoru təklif olunan səhiyyə islahatlarının hazırkı durumu yaxşılaşdıracağını sual altına alıb. Respublikaçıların prezidentə cavab müraciətində Nebraska senatoru Mayk Cohans deyib ki, yeni təkliflər hər bir amerikalının həyatına mənfi təsir göstərəcək. Prezident Barak Obama və onun rəhbərlik etdiyi Demokrat partiyası qanun layihəsini bu ilin sonuna qədər qəbul edilməsinə çağırır. Prezident Obama tibb xərclərinin nəzarətdən çıxdığını və kiçik bizneslər üçün rəqabəti çətinləşdirdiyini deyir. Hazırda sistemin islah olunması üçün təklif edilən qanun paketləri Konqresin hər iki palatasında müzakirə olunur. Respublikaçılar nəzərdə tutulan ölçülərin həddən artıq baha olduğunu və hazırkı sistemi təkmilləşdirməyəcəyini bildirir.
XS
SM
MD
LG