Accessibility links

Tunis prezidenti 5-ci dəfə hakimiyyətdə qaldı


Tunis prezidenti Zine əl-Abidin Ben Əli yenidən böyük üstünlüklə 5-ci müddətə prezident seçilib. Tunis dövlət xəbər agentliyinin məlumatına görə, cənab Ben Əli səslərin təxminən 90 faizini toplayıb. Bu göstərici isə onun 2004-cü ildə topladığını 94 faizlik dəstəkdən kifayət qədər aşağıdır. 73 yaşlı prezident heç vaxt ciddi rəqib sayılmayan 3 namizədlə mübarizə aparıb. Beynəlxalq insan haqları qrupları Ben Əlinin hökumətinin siyasi müxalifəti boğmaqda və azadlıqları məhdudlaşdırmaqda günahlandırır. Onlar deyir ki, hökumət Ben Əlinin qələbəsini müxalifəti əzməklə təmin edib. Ben Əli artıq iyirmi ildən çoxdur ki, Şimali Afrika ölkəsinə rəhbərlik edir.
XS
SM
MD
LG