Accessibility links

ABŞ hərbi qüvvələri Gürcüstan əsgərlərinə Əfqanıstanda missiyadan öncə təlim verir


Gürcüstan və Birləşmiş Ştatlar Gürcüstan hərbi qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinə hazırlıq məqsədilə birgə hərbi təlimlərə başlayıb.

ABŞ-ın Tbilisidəki səfirliyi bildirib ki, iki həftə sürəcək təlimlər Gürcüstanın Birləşmiş Ştatlarla əks-terror əməliyyatlarını birlikdə aparmaq qabiliyyətini artırmaq məqsədi daşıyır.

Gürcüstanın Müdafiə nazirliyinin sözçüsü Salome Maxaradze Fransanın xəbər agentliyinə deyib ki, təlimlərdə 420 gürcü və 420 Amerika əsgəri iştirak edir. Onun bildirdiyinə görə, Gürcüstan hərbi qüvvələrinin 420 əsgəri gələn ilin yazında NATO-nun Beynəlxalq Sabitliyə yardım qüvvələrinin tərkibində xidmət edəcək. Onların ABŞ-ın komandanlığı altında xidmət edəcəyi gözlənilir.

Maxaradze bununla yanaşı qeyd edib ki, Gürcüstanın hərbi qulluqçuları gələn ay Fransanın komandanlığı altında Əfqanıstanda yerləşdiriləcək.


XS
SM
MD
LG