Accessibility links

Gürcüstan Rusiya qüvvələrini 16 gürcünün oğurlanmasında ittiham edir


Gürcüstan Rusiya qüvvələrini mübahisəli sərhəd regionunda 16 etnik gürcünün oğurlanmasında ittiham edib. Gürcüstanın Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili bildirib ki, həmin şəxslər Cənubi Osetiya yaxınlığındakı Duşeti rayonunda "Rusiyanın işğalçı qüvvələri" tərəfindən ələ keçirilib.

Rusiyanın dəstəklədiyi nümayəndə Merab Çiqoyev isə onların sərhədləri qeyri-qanuni keçdikləri üçün saxlandığını bildirib.

Gürcüstanın səlahiyyətli nümayəndələri 16 gürcünün azad edilməsi üçün intensiv şəkildə fəaliyyət göstərildiyini deyirlər.

XS
SM
MD
LG