Accessibility links

Avropa İttifaqı Özbəkistana qarşı sanksiyaların sonuncusunu ləğv edib


Avropa İttifaqı 2005-ci il etiraz aksiyaları zamanı mülki vətəndaşlara divan tutduqdan sonra Özbəkistana qarşı tətbiq etdiyi sanksiyaların sonuncusunu ləğv edib. Quruma üzv ölkələrin Özbəkistanda insan hüquqlarının vəziyyətinə dair narahatlıqlarına baxmayaraq, Avropa İttifaqının xarici işlər nazirləri silah embarqosunun ləğvini Özbəkistan hökumətinə insan hüquqları və qanunun aliliyi sahələrində vəziyyətin yaxşılaşdırılmasına təşviq mahiyyəti daşıdığını deyir.

İnsan hüquqları təşkilatları Əndican hadisələri zamanı hökumət qüvvələrinin yüzlərlə silahsız nümayişçini atəşə tutduğunu bildirir.

Bu yaxınlarda Özbəkistan Əfqanıstana qeyir-hərbi ləvazımatın daşınması üçün tranzit rolu oynamağa razılıq verdikdən sonra Qərblə münasibətlərini normalaşdırıb.

XS
SM
MD
LG