Accessibility links

ABŞ hərbi qüvvələrinin İraq və Əfqanıstandakı komandiri general Petreas Tacikistan prezidenti ilə görüşüb


Birləşmiş Ştatların hərbi qüvvələrinin İraq və Əfqanıstandakı komandiri general Deyvid Petreas Düşənbədə Tacikistan prezidenti İmomali Raxmonovla görüşüb.

Onlar arasında danışıqların diqqət mərkəzində Tacikistanın Əfqanıstan müharibəsinə dəstək verilməsində rolu olub.

ABŞ-ın Tacikistandakı səfirliyindən Amerikanın səsinə bildiriblər ki, general Petreas və prezident Raxmonov Vaşinqtonla və Düşənbə arasında Tacikistan ərazisindən Əfqanıstana qeyri-hərbi yükələrin daşınmasına dair fevral ayında əldə edilmiş razılığı müzakirə ediblər.

ABŞ səfirliyi general Petreasın həmçinin Tacikistanın hərbi rəsmilərilə görüşdüyünü bildirib. Bu müzakirələr zamanı Əfqanıstanda sabitlik və bərpa işlərinə yönəlmiş birgə səyləri, narkotik maddələr alverinə qarşı mübarizə və Tacikistanın Əfqanıstanla sərhədinin möhkəmləndirilməsi kimi məsələlərin diqqət mərkəzində olub.

XS
SM
MD
LG