Accessibility links

Pakistanda həbs edilmiş 11 iranlı azad edilib


Pakistan rəsmiləri bildirir ki, bu gün onlar sərhədi qanunsuz keçərək Pakistana daxil olmuş 11 iranlını azad edib. İranlıların hansı əsaslarla sərbəst buraxılması barədə məlumat verilməyib. Daha əvvəl isə Pakistan rəsmiləri həbs olunanların İran İnqilab Qvardiyasının üzvləri olduğunu bildirsə də, sonradan onların təhlükəsizlik mühafizəçiləri olduğunu açıqlayıb. İran dövlət telekanalı bildirib ki, iranlılar sərhəd keçikçiləri olub. Pakistan rəsmiləri onları dünən İran sərhədinə yaxın Bəlucistan vilayəti ərazisindəki Maşkel şəhərində həbs etdiyini bildirmişdi.
XS
SM
MD
LG