Accessibility links

ABŞ prezidenti eletkrik sisteminin müasirləşdirilməsi istiqamətində təşəbbüsləri açıqlayıb



ABŞ prezidenti Barak Obama Amerikanın köhnəlmiş elektrik enerjisi sisteminin yenilənməsi məqsədilə 3.4 milyard dollar məbləğində vəsaitin ayrıldığını elan edib.

Cənab Obama bildirib ki, bu vəsait ilin əvvəli Konqres tərəfindən təsdiq edilmiş 787 milyard dollarlıq iqtisadi stimullaşdırma paketinin bir hissəsidir.

Elektrik sisteminin yenilənməsi üçün vəsait ölkənin hər yerində 100-ə yaxın zavod, obyekt və şəhərə veriləcək. Qrantların həcmi dörd yüz mindən iki yüz milyona qədər olacaq.

Florida ştatının Arkadi şəhərində danışan cənab Obama deyib ki, bu investisiyalar daha əlverişli, daha güclü və daha təhlükəsiz elektrik sisteminin yaradılmasına xidmət edəcək.

Bu vəsait istehlakçıların istifadə etdikləri elektik enerjisinin monitorinqini aparmasına kömək etmək üçün 18 milyon evdə sayqacların qoyulmasına sərf ediləcək.

Obama administrasiyası elektik sisteminin müasirləşdirilməsi istiqamətində bu səylərin külək və günəş enerjisi kimi yenilən enerji mənbələrindən istifadə edilməsinə gətirib çıxaracağına ümid bəsləyir.

Cənab Obama yeni təşəbbüsləri Florida ştatında günəş enerjisi istehsal edən obyektdə çıxışı zamanı elan edib.


XS
SM
MD
LG