Accessibility links

Türkiyə və İran təbii qaza dair mühüm razılığa imza atıb


Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan İrana iki günlük səfərini başa vurub. Türkiyə siyasətçiləri və iş adamlarından ibarət böyük nümayəndə heyətinin başçısı kimi İrana səfər edən cənab Ərdoğan ölkə liderləri ilə görüşlər keçirib.

Baş nazir Ərdoğan İranda olduğu müddət xarici işlər naziri Mənuçehr Möttəki, prezident Mahmud Əhmədinejad və İranın Ali dini rəhbəri Ayətulla Əli Xameneyi ilə görüşərək ölkənin nüvə fəaliyyətləri də daxil olmaqla, regional və beynəlxalq məsələləri müzakirə edib. Səfərin sonunda cənab Ərdoğan İranın birinci vitse-prezidenti Məhəmməd Riza Rəhimi ilə birgə mətbuat konfransı keçirib. Türkiyə baş naziri İrana səfərinin əsas məqsədinin regional və beynəlxaq problemlərin həllinə yardım etmək ətrafında fikri mübadiləsi aparmaq və iki ölkə arasında ticari əlaqələri genişləndirmək olduğunu bildirdi. O dedi ki, Türkiyə və İran bölgədə bir sıra işlər görə bilər.

Rəcəp Tayyib Ərdoğan səfərin əsas məqsədinin İran və beynəlxalq ictimiayyət arasında vasitəçilik etmək səylərinin bir hissəsi olduğuna dair şaiyələri rədd etdi. İranın nüvə proqramı məsələsindən danışaraq, o, bütün ölkələrin, o cümlədən, Tükriyə və İranın da dinc məqsədlə nüvə enerjisindən istifada etmək hüququ olduğunu bildirdi.

Baş nazir Ərdoğan səfəri zamanı iki il yarımdır masa üzərində olan təbii qaza dair müqaviləyə imza atıldı. Cənab Ərdoğan İranla enerji sahəsində əməkdaşlıqdan danışdı.




Türkiyə və İran arasında razılaşmaya əsasən, iki ölkə Bəsrə körfəzində dünyanın ən zəngin təbii qaz ehtiyatlarının mövcud olduğu Cənubi Pars yatağında qaz hasil edəcək. Burada təxminən 14 trilyon kubometer qazın olduğu bildirilir. Hasil ediləcək qazın yarısı İranın, yarısı Türkiyənin olacaq. Türkiyənin payına düşən qaz ölkə daxilində istehlak edilməklə yanaşı, həm də Avropaya ixrac ediləcək. Müşahidəçilər bununla İranın potensial olaraq Nabukkoya qoşula bilmək potensialının yarandığını deyirlər. Rəsmi Vaşinqton İran qazının Nabukko kəməri vasitəsilə nəqlini nəzərdən keçirməyərək, Tehranın nüvə proqramı ətrafında mövcud suallara cavab verməli olduğunu bəyan edir.






XS
SM
MD
LG