Accessibility links

BMT-də Kubaya qarşı ticarət embarqosunun ləğvinə dair 18-ci dəfə səsvermə keçirilib


BMT-nin Baş Assambleyası Amerikanın Kubaya qarşı tətbiq etdiyi ticarət embarqosunun ləğvinə dair 18-ci dəfə səsvermə keçirib. 187 ölkə embarqonun ləğvinin lehinə səs verib. ABŞ, İsrail və Palau bu ölçünün əleyhinə, Mikroneziya və Marşal adaları isə bitərəf olub.

BMT-nin Baş Assambleyasında çıxış edən Kubanın xarici işlər naziri Bruno Rodrigez Parilla embaqonu "təkəbbür əməli" adlandırıb. Kuba embaqonu genosidlə müqayisə edərək, bu sanskiyaların adaya milyardlarla dollara başa gəldiyini bildirir.

ABŞ-ın BMT-dəki səfiri Süzan Rays isə deyib ki, embaqonun Kuba xalqının bəlasına səbəb olduğunu demək yanlışlıqdır.

Kubaya qarşı embarqo 1960-cı illərdən qüvvədədir.


XS
SM
MD
LG