Accessibility links

Hillari Klinton Pakistan səfərini başa vurur


ABŞ dövlət katibi Hillari Klinton bir daha Amerikanın Pakistan siyasətini müdafiə edib. Bu gün xanım Klinton İslamabadda şimal-qərb regionunun qəbilə başçıları ilə görüşüb. Pakistan qanunvericilərindən biri Amerikanın dövlət katibini Əfqanıstan münaqişəsinin həlli məqsədi ilə müzakirələrə və bundan sonra bu səylərin Pakistana tətbiq edilməsinə çağırıb.

Hillari Klinton müzakirələr çağırışını alqışlamış və ABŞ-ın Talibanın 2001-ci il 11 sentyabr terror aksiyalarının məsuliyyətini daşıyan Əl-Qaidə liderlərini təhvil verməkdən imtina etməsindən sonra ölçülər götürdüyünü deyib.

Dünən xanım Klinton Lahor şəhərində universitet tələbələri ilə görüşü zamanı demişdi ki, Pakistan hökumətinin Əl-Qaidə liderlərini ələ keçirə bilmədiyinə inanmır.

XS
SM
MD
LG