Accessibility links

Human Rights Watch Türkmənistanda ətraf-mühit fəalının həbsinə etiraz edir


Human Rights Watch Türkmənistanda təşkilatın “cəfəng” adlandırdığı ittihamlarla 5 il həbsə məhkum edilən ətraf-mühit fəalının azadlığa buraxılmasına çağırır. ABŞ-da qərargahlanan təşkilat deyir ki, Andrey Zatokanın məhkəməsi siyasi mahiyyət daşıyıb və beynəlxalq ədalətli mühakimə prinsiplərini pozub. Zatoka ötən həftə şimali Daşoğuz şəhərində bir kişi ilə əlbəyaxa olduqdan sonra fiziki hücum ittihamı ilə həbs edilib. Qrup deyir ki, naməlum şəxs ona yemək alarkən hücum edib. O, polisdən yardım istəyərkən, əvəzində həbs olunub. İxtisasca bioloq olan Zatoka hökumətin 2003-cü ildə qapatdığı ətraf mühiti mühafizə təşkilatına rəhbərlik edirdi.
XS
SM
MD
LG