Accessibility links

İranın BMT-nin təklifini rədd etdiyi ehtimal olunur


Yayılan məlumatlara görə, İran prezident Mahmud Əhmədinejadın Qərblə nüvə əməkdaşlığa müsbət yanaşmasına baxmayaraq, ölkə BMT-nin vasitəçiliyi ilə təklif olunan uran zənginləşdirilməsi planını rədd edib. Müzakirəçilərə yaxın Qərb rəsmilərinin sözlərinə görə, İran BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə bildirib ki, o, zənginləşdirilməsi üçün uranın xaricə göndərilməsi planını qəbul etməyəcək. Planın əsas məqsədi İranın nevə silahları istehsalında isteifadə ediləcək səviyyədə uran zənginləşdirilməsinə yol verməməkdir. Danışıqlarda iştirak edən digər tərəflər, Birləşmiş Ştatlar, Rusiya və Fransa artıq təklifi qəbul edib. BMT-nin nüvə agentliyi dünən İranın plana ilkin cavabını verdiyini bildirsə də, ətraflı məlumat açıqlamamışdı.
XS
SM
MD
LG