Accessibility links

İsrail baş naziri ABŞ-ın Yaxın Şərq üzrə elçisi ilə görüşüb


İsrail baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Hillari Klintonla görüşü ərəfəsində Amerikanın Yaxın Şərq üzrə elçisi ilə danışıqlar aparıb. İsrail baş naziri sabiq senator Corc Mitçellə bu gün Qüdsdə görüşüb. Görüşdən sonra o, İsraillə Fələstin arasında sülh danışıqlarını tezliklə bərpa etməyə ümidlə baxdığını söyləyib. Pakistana üç günlük səfərin ardınca xanım Klinton Birləşmiş Ərəb Əmirliklərinə gəlib. Şənbə günü cənab Mitçell Abu Dabidə Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.
XS
SM
MD
LG