Accessibility links

Pakistanda bomba hücumu 7 əsgərin həyatına son qoyub


Pakistan rəsmiləri deyir ki, ölkənin şimal-qərbində baş vermiş bomba partlayışı nəticəsində Pakistanın 7 əsgəri həlak olub, 11 nəfər isə yaralanıb. İnsident Əfqanıstandakı beynəlxalq qüvvələrə təchizat aparan əsas marşrutun keçdiyi Xeybər regionunda baş verib. Hücum ABŞ dövlət katibi Hillari Klintonun Pakistana səfərini başa vurmasında bir gün sonra həyata keçirilib. 3 günlük səfəri zamanı xanım Klinton Pakistanın Əl-Qaidə liderlərini nə üçün həbs etmədiyi sual edərək deyib ki, Pakistanda kimsə hansısa bir şəkildə onların harada olduğunu yəqin bilir. Dövlət katibi habelə regionda artan zorakılıqlardan narahatlıqlarını bildirən pakistanlılar qarşısında ABŞ-ın siyasətini müdafiə edib.
XS
SM
MD
LG